Sxadadze oyundan razıdır, komandadan yox
23.07.2009 - 00:19
Sxadadze oyundan razıdır, komandadan yox
“Uşaqlar qarşıya qoyulmuş tapşırıqları maksimum dərəcədə yerinə yetirməyə çalışdılar. Əlbəttə, bir çox şey alınmadı. Lakin təkrar edirəm, ağır tapşırıqlar fonunda komanda qalib gəlməyi bacardı. Mən baş məşqçi kimi oyundan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Bolqarıstanda yerli “Pirin”lə yoxlama matçından sonra klubun saytına açıqlama verən gürcü mütəxəssis bildirib ki, yetirmələri hələ çox çalışmalıdırlar. Onun sözlərinə görə, məşqçi heyəti hazırda komandanın funksionallığını yüksəltməklə məşğuldur. Məhz bu prosesin aparılmasının nəticəsidir ki, oyunda qeyri-dəqiq ötürmələr oldu, daha çox qol vurulmadı.
0