“İnter” 2 futbolçudan imtina etdi
23.07.2009 - 00:27
“İnter” 2 futbolçudan imtina etdi
Bakının “İnter” klubu baxışa çağırdığı futbolçulardan ikisini geri qaytarıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kaxaber Sxadadze "Pirin"lə yoxlama matçında meydana çıxan braziliyalı futbolçular - Marcelo Labarte və Vetto Damianini bəyənməyib. Digər yeni futbolçular - çexiyalı hücumameylli yarımmüdafiəçi Lyubomir Kupiça və gürcüstanlı müdafiəçi Kaxaber Mcavanadze barədə yekun qərar təlim-məşq toplanışı çərçivəsində veriləcək.
0