Türkiyə yığmasının futbolçusu MOİK-dən qovuldu
23.07.2009 - 10:13
Türkiyə yığmasının futbolçusu Erkin Canər Moskva MOİK-indən qovulub. Apasport.az saytının məlumatına görə, komandanın braziliyalı baş məşqçisi Artur Ziko 14-cü turda “Rubin”lə görüşdə əvəzlənməsinə etiraz edən yarımmüdafiəçiyə qapını göstərib.
Son vaxtlar MOİK-in heyətində əsas heyətdə meydana çıxan Erkin gözlənilmədən son turda Nalçikin “Spartak” klubu ilə Moskvadakı görüşdə adı heç protokola da daxil edilməyib. Ziko bəyan edib ki, Canər daha MOİK-də çıxış etməyəcək: “Nə qədər ki, mən komandadayam, Canər burada oynamayacaq. O, “Rubin”lə oyunda əvəzlənərkən etdiyi hərəkətlə həm baş məşqçi, həm də bütün komandaya qarşı hörmətsizlik etdi”.
Erkin həmin görüşdə əvəzləndiyi zamanı baş məşqçinin qərarına istehzalı gülüşlə reaksiya verib. Başını yelləyən türkiyəli futbolçu Zikoya tərəf əl yelləyib. Bu hərəkət braziliyalı mütəxəssisi özündən çıxarıb.
Qeyd edək ki, Zikonun vaxtilə “Fənərbaxça” klubunu çalışdırdığını nəzərə alsaq, türkiyəli futbolçularla iş təcrübəsinə malikdir.

0
0