“Simurq”: Yaxşı ki, “Sioni” var...
23.07.2009 - 10:35
“Simurq”: Yaxşı ki, “Sioni” var...
Avroliqada “Bney Yehuda”ya (İsrail) biabırçı məğlubiyyətdən sonra yenidən Gürcüstana təlim-məşq toplanışına yollanan “Simurq” klubu ilk yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Tiflisin “Lokomotiv” stadionunda "Sioni" ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Yeganə qola baxışda olan futbolçu imza atıb.
“Simurq” növbəti yoxlama görüşünü sabah Zuqdidi təmsilçisi "Mqlebi"yə qarşı keçirəcək.
0