Azərbaycanda oynayan 4 futbolçu Ermənistana gedir
23.07.2009 - 10:45
Azərbaycanda oynayan 4 futbolçu Ermənistana gedir
Azərbaycan çempionatında oynayan 4 futbolçu İrəvana gedəcək. Apasport.az saytının məlumatına görə, Moldova yığmasının baş məşqçisi İqor Dobrovolski “Bakı” və “Olimpik-Şüvəlan”in müdafiəçiləri Aleksey Savinovla Sergey Laşenkovu, habelə “Xəzər-Lənkəran”ın yeni transferi Denis Kalinkovu Ermənistanla avqustun 12-də keçiriləcək yoldaşlıq görüşünə çağırıb.

Kalinkov Moldovanın “Akademiya” klubundan yenicə “Xəzər-Lənkəran”a transfer olunub. Dobrovolski ötən mövsümün ikinci dövrəsində “Qəbələ” klubunda oynayan, sonradan isə qovulan Viktor Komlyonoka da dəvət göndərib. 30 yaşlı yarımmüdafiəçi hazırda Ukraynanın paytaxtı Kiyevə təmsil edən “Obolon” klubunda çıxış edir.
0