Kolumbiya futbolunda unikal hadisə - FOTO
23.07.2009 - 11:06
Kolumbiya futbolunda unikal hadisə - FOTO
Kolumbiya futbolunda unikal hadisə baş verib. Apasport.az saytının məlumatına görə, milli komandanın sabiq hücumçusu Antoni De Avila 46 yaşında futbolçu karyerasını bərpa etməyə qərar verib. O, doğma klubu olan Kali “Amerika”sına qayıdıb: “Öncə vida oyunu keçirmək imkanı qazanmaq istəyirdim. Hansı ki 10 il əvvəl olmamışdı. Ancaq məşq edəndən sonra özümü fiziki cəhətdən oynamağa hazır sayıram”.

Bəstəboy (1,57) hücumçu “Amerika”nın tarixində ən sərrast futbolçu sayılır. Hesabında 201 qol olan bombardir iki dəfə dünya çempionatının iştirakçısı olub.
0