FİFA 1 il əvvəlki qərarını dəyişdi
23.07.2009 - 11:30
Həbəşistan Futbol Federasiyası bir illik fasilədən sonra FİFA-nın üzvlüyünə qaytarılıb. Apasport.az saytının məlumatına görə, bu, yerli federasiyada rəhbər dəyişikliyindən sonra baş verib.
Ali futbol qurumu bununla bağlı rəsmi bəyanat yayıb: “FİFA Həbəşistan federasiyasında seçkilərin gedişindən razıdır. Bu, ötən həftəsonu FİFA-nın nümayəndələrinin müşahidəsi ilə keçirilib. İndi Həbəşistan yenidən dünya ali futbol qurumunun üzvü kimi bütün üstünlüklərdən istifadə edə bilər”.
Ötən ilin iyulundan diskvalifikasiya olunan Həbəşistan federasiyasında keçən seçkilərin nəticəsi ləğv olunmuşdu. Baş verənlərə görə bu ölkənin milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarından çıxarılıb.

- "Səbail"in kapitanı: "Gələcək barəsində nəsə demək çətindir"
- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
0
0