Berti Foqts “Valderrama”nı yanına çağırdı
23.07.2009 - 11:48
Berti Foqts “Valderrama”nı yanına çağırdı
Azərbaycan milli komandasına daha bir futbolçu çağırılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Bakının “İnter” klubunun yarımmüdafiəçisi Aleksandr Çertoqanov yenidən yığmaya dəvət alıb.

Baş məşqçi Berti Foqts 29 yaşlı “milliləşmiş” ukraynalını bir müddət əvvəl açıqladığı siyahıda ehtiyat futbolçu kimi göstərmişdi. Çertoqanov yığmamızın iyulun 27-dən avqustun 6-dək İsveçrənin Sürix şəhərində keçiriləcək təlim-məşq toplanışında, ardından Almaniyaya qarşı avqustun 12-də Bakıda baş tutacaq rəsmi oyuna hazırlıq prosesində iştirak edəcək.

Onu da qeyd edək ki, Çertoqanov “Valderrama” ləqəbini daşıyır. Çünki təcrübəli yarımmüdafiəçi az öncə başına parik qoymaqla, özünü Kolumbiya yığmasının sabiq kapitanı Karlos Valderramaya bənzətmişdi.
0