Futbolçuların totalizator oyunlarında iştirakı təsdiqləndi
23.07.2009 - 12:00
Futbolçuların totalizator oyunlarında iştirakı təsdiqləndi
Dörd ingilis futbolçu oyunlara pul qoyuluşunda iştirak etdiyi üçün cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyasının xüsusi komissiyası qaydaları pozan Ceyms Harris, Devid Menniks, Robert Uilyams və Endryu Menqan barəsində ciddi ölçü götürüb.

Harris 4-cü divizionda çıxış edən “Akkrinton”un futbolçusu kimi komandasının “Beri” ilə matçına, daha sonra isə “Çester”də oynayarkən daha iki görüşə pul qoyub. Bu ona 1 illik diskvalifikasiya və 5,5 min funt sterlinq cərimə bahasına başa gəlib.

“Akkrinton”un digər futbolçularından Menniks 4 min funt sterlinq cərimə və 10 aylıq cəza, Uilyams 3,5 min funt sterlinq cərimə və 8 aylıq cəzaya məruz qalıb. Bu üç futbolçu rəqiblərinin qələbəsinə pul qoyub və 2007/08 mövsümünün son turunda keçirilən həmin görüşdə buna nail olublar.

Ən yüngül cəza Menqana verilib. Belə ki, o, yalnız 150 gün istirahət edəcək və 2 min funt sterlinq cərimələnib. Bu işlərə bağlılığı olan daha bir futbolçu Piter Kevenaxın məsələsinə sonradan baxılacaq.
0