AFFA-nın daha bir rəsmisinə UEFA-da vəzifə verildi - FOTO
23.07.2009 - 12:44
AFFA-nın daha bir rəsmisinə UEFA-da vəzifə verildi - FOTO
AFFA-nın daha bir rəsmisinə UEFA-da vəzifə verilib. Apasport.az-ın assosiasiyanın rəssi İnternet saytına istinadən məlumatına görə, Cavid Qarayev UEFA-nın Marketinq-Məşvərət Komitəsinə üzv seçilib.

Bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin Litvanın paytaxtı Vilnüsdə keçirilmiş iclasında çıxarılıb. Qarayev hazırda AFFA-nın Marketinq və Reklamlar Departamentinin rəisidir.

Xatırladaq ki, AFFA-nın baş katibi Elxan Məmmədova da UEFA-da vəzifə tapşırılıb. O, “Fair Play və Sosial Məsuliyyət” komitəsi sədrinin 2-ci müavini seçilib.
0