22 azarkeşin ölümünə görə 50 min frank cərimə
23.07.2009 - 13:18
22 azarkeşin ölümünə görə 50 min frank cərimə
FİFA Kot d’İvuar Futbol Federasiyasını 50 min İsveçrə frankı cərimələyib. Apasport.az saytının məlumatına görə, buna səbəb bu ilin martında dünya çempionatının seçmə mərhələsində keçirilmiş Kot d’İvuar - Malavi (5:0) matçından öncə baş vermiş faciədir.

Paytaxt Abidcanın “Feliks Houphuet-Boiqni” stadionunda gerçəkləşmiş oyun zamanı arenaya həddən artıq azarkeş gəldiyindən, start fitindən əvvəl tribunalar uçub. Hadisə nəticəsində 22 azarkeş dünyasının dəyişib. FİFA Kot d’İvuar Futbol Federasiyasını cərimələməklə yanaşı, ölənlərin yaxınlarına 100 min İsveçrə frankı yardım edib.

Bundan başqa, kot d’İvuarlılara qadağa qoyulub. Onlar sentyabrın 5-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Burkina Faso ilə ev oyununda 34 600 nəfərlik “Feliks Houphuet-Boiqni” stadionuna yalnız 20 min azarkeş buraxa biləcəklər.
0