Skolari Azərbaycanda debüt edən qapıçını aldı
23.07.2009 - 13:54
Skolari Azərbaycanda debüt edən qapıçını aldı
Tanınmış braziliyalı mütəxəssis Luis Felipe Skolari Azərbaycan yığması ilə oyunda debüt edən özbək qapıçı İqnati Nesterovu transfer edib. Apasport.az saytının məlumatına görə, Özbəkistan milli komandasının əsas qapıçısı olan Nesterov “Paxtakor”dan “Bunedkor” klubuna keçib. Təcrübəli qapıçı Daşkəndin digər təmsilçisi ilə üç illik müqavilə imzalayıb. Həmyerlisi Artur Ziko Moskva MOİK-nə gedəndən sonra “Bunedkor”un baş məşqçi postuna keçən Skolari Nesterovun “Paxtakor”da çıxışından razı qaldığını, ona güvəndiyini bildirib. “Paxtakor” 7,5 il çıxış edən İqnati son 6 ildə dalbadal “qızıl dubl” edib, “Birlik kuboku”nun qalibi olub.

Nesterov milli komandada keçirdiyi 40 oyunda 39 top buraxıb. O, 2002-ci il avqustun 21-də milli komandamızla Bakıda yoldaşlıq görüşündə yığmada debüt edib. “Şəfa” stadionunda keçirilən həmin oyunda özbəklər 0:2 hesabı ilə uduzub və Samir Əliyevlə Fərrux İsmayılov Nesterovun qoruduğu qapıya yol tapıb.
0