Boriellonun gələcəyi necə olacaq?
23.07.2009 - 14:12
Boriellonun gələcəyi necə olacaq?
“Milan”ın vitse-prezidenti Adriano Qalliani Marko Boriellonun satılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib. Apasport.az saytının məlumatına görə, klub rəsmisi Boriellonu komandada saxlamaq istədiklərini bildirib.

“Bizim klubumuz Boriellonu satmaq istəmir. Onun hər hansısa kluba transferi üçün danışıqlar aparılmır” - deyə Qalliani vurğulayıb.

Xatırladaq ki, italiyalı futbolçu zədə ucbatından ötən mövsümdə cəmi yeddi oyun keçirib. Bu matçlarda o, rəqib qapılarına bir dəfə yol tapıb.
0