“Bucaspor” “Karvan”a rədd cavabı verdi
23.07.2009 - 15:39
“Bucaspor” “Karvan”a rədd cavabı verdi
Türkiyə futbol çempionatının I liqa təmsilçisi “Bucaspor” Bolu şəhərində təlim-məşq toplanışında olan “Karvan”la yoxlama oyunu keçirməkdən boyun qaçırıb. Apasport.az saytının məlumatına görə, tərəflər qarşılaşmağı planlaşdırsalar da, türklər gözlənilmədən matça çıxmaqdan imtina ediblər. Onlar bunu “Karvan”ın sərt oynaması ilə əlaqələndiriblər.

“Bucaspor” bu gün yerli “Beykoz” klubu ilə qüvvəsini sınayır. Rəqibsiz qalan “Karvan”ın isə vəziyyətdən necə çıxdığı məlum deyil.

Qeyd edək ki, “Bucaspor” ötən ay da gündəmə gəlmişdi. Sözügedən klub həmin vaxt əvvəlcə Fərhad Vəliyevə, ardından Vitali Kovalyova maraq göstərirdi. Lakin müxtəlif səbəblərdən heç bir azərbaycanlı qapıçının “Bucaspor”a keçidi baş tutmadı.
0