Əsgər Abdullayevin komandası “Spartak”la üz-üzə
23.07.2009 - 17:51
Əsgər Abdullayevin komandası “Spartak”la üz-üzə
Gürcüstanda təlim-məşq toplanışında olan “Olimpik-Şüvəlan” klubu ilk yoxlama oyununu sabah keçirəcək. Apasport.az saytının məlumatına görə, Əsgər Abdullayevin baş məşqçisi olduğu paytaxt təmsilçisi Çxinvalinin "Spartak" klubu ilə qüvvəsini sınayacaq.

İyulun 26-da Gürcüstanın güclülər dəstəsində mübarizə aparan "Sioni" (Bolnisi), ayın 29-da isə birinci dəstə təmsilçisi "Çikura" ilə yoxlama oyunları nəzərdə tutulub. Avqustun 1-ə planlaşdırılan yoldaşlıq görüşü üçün rəqib hələ müəyyənləşməyib. Abdullayev sonuncu oyunda güclü rəqiblə görüşməyi məqsədəuyğun saydığından, bir neçə komanda ilə danışıqlar davam edir.
0