Erik Hamrin: Bu oyundan sonra uzun müddət “Qarabağ” adını unutmayacağıq
23.07.2009 - 21:24
Erik Hamrin: Bu oyundan sonra uzun müddət “Qarabağ” adını unutmayacağıq
“İlk növbədə “Qarabağ”ı təbrik edirəm. Birinci hissədə çox zəif oynadıq. İkinci hissədə fəal olsaq da, əlimizə düşən imkanlardan istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rusenborq” klubunun baş məşqçisi Erik Hamrin deyib.

Avroliqanın ikinci təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a uduzaraq mübarizəni dayandıran Norveç təmsilçisinin çalışdırıcısı bildirib ki, ikinci hissədə hücumlarının nəticə verəcəyinə əmin idi: “Ancaq bir neçə epizodda qapıçınız yaxşı oynadı. Mən sizi həm də vurduğunuz fantastik qol münasibətilə də təbrik edirəm. Bizim üçün növbəti mərhələyə keçmək çox vacib idi. Amma bu məğlubiyyət mənim üçün ona görə acıdır ki, ilk itkimiz oldu. Həm mən, həm də futbolçularımız “Qarabağ” adını uzun müddət unutmayacağıq”.
0