Qurban Qurbanov: Qələbənin belə bir gündə qazanılması daha sevindiricidir
23.07.2009 - 21:29
Qurban Qurbanov: Qələbənin belə bir gündə qazanılması daha sevindiricidir
“Mən hələ Norveçdə söyləmişdim ki, cavab oyunu daha çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Rusenborq”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Səfər matçlarında bəzi səhvlərinin olduğunu bildirən gənc çalışdırıcının sözlərinə görə, bu dəfə hər şey qaydasında idi: “Futbolçular bu tarixi qələbə üçün maksimum güclərini qoydular. Əlbəttə qələbənin belə bir gündə qazanılması daha sevindiricidir. Futbolçular, rəhbərlik hamısı birgə söz vermişdilər ki, belə bir gündə qələbəni azarkeşlərə hədiyyə edək. Allah qismət eləsin ki gələcəkdə Ağdam torpağında da belə qələbəmiz olsun”.

Qurbanov 90 dəqiqə ərzində durmadan komandaya dəstək verən azarkeşləri də yaddan çıxarmayıb: “Onların möhtəşəm dəstəyi bizə əlavə güc verdi. Onlara “afərin” deyirəm. Həmkarın Rəşadın qolunu fantastik adlandırırsa, mən bunu daha yüksək qiymətləndirirəm. Növbəti mərhələyə yüksəldik. Çalışacağıq ki yolumuza davam edək”.
0