Eyni məkan, eyni zaman
24.07.2009 - 15:05
Eyni məkan, eyni zaman
Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ”ın Finlandiyanın “Honka” klubu ilə ev oyununun vaxtı dəqiqləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Norveçin “Rusenborq” klubu ilə olduğu kimi, finlərlə də Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşü saat 20:00-da başlayacaq. Həmin oyun avqustun 6-da baş tutacaq. Bu komandalar arasında ilk görüş iyulun 30-da Finlandiyanın Espo şəhərində keçiriləcək.
0