“Naçevskinin atdığı addım futbolçularımız üçün nümunə olmalıdır”
24.07.2009 - 17:01
“Naçevskinin atdığı addım futbolçularımız üçün nümunə olmalıdır”
“Naçevski gördü ki, heyətə düşə bilməyəcək. Bu səbəbdən də komandadan öz istəyilə getdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib. Onun sözlərinə görə, 29 yaşlı hücumçu ilə bir illik müqavilə qarşılıqlı razılıq əsasında pozulub: “Draqanın getməklə bağlı müraciətini müsbət cavabladıq və anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verdik. Hesab edirəm ki, Naçevski belə vəziyyətdə çox gözəl addım atıb. Onun hərəkətini yüksək qiymətləndirirəm və bu, futbolçularımız üçün da yaxşı nümunə olmalıdır”.

Xatırladaq ki, ötən yay həmyerlisi Georgi Xristovla birgə “Bakı”ya gələn Draqan Azərbaycan çempionu oldu. O, ilk dövrədən fərqli, mövsümün ikinci yarısında əsas heyətdə yerini itirdi. Baş məşqçi Qyoko Hacıyevski həmyerlisinin adını Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə oyunlarda protokola daxil etməmişdi. Naçevskinin gedişi ilə “Bakı”da makedoniyalı futbolçu qalmadı.
0