31 dilli ölkə çempionatı
24.07.2009 - 17:24
31 dilli ölkə çempionatı
Almaniya futbol çempionatının ən yüksək liqası - Bundesliqada 31 dildə danışırlar. Apasport.az saytının məlumatına görə, Bundesliqada forma geyinən 505 futbolçunun 248-i əcnəbidir.

“Sport Bild” qəzetinin hesablamalarına əsasən, xarici futbolçular arasında portuqaliyalılar üstünlük təşkil edirlər - 36 oyunçu. Bu siyahıda növbəti sıraları ardıcıllıqla Fransa (27), İspaniya (22) və İngiltərə (19) tutur. Almaniya çempionatında Türkiyənin 9 futbolçusu çıxış edir.

Bundesliqanın bəzi klublarının baş məşqçiləri yetirmələrinə meydanda yalnız almanca danışmağı tapşırıb. Bununla da, oyun zamanı qarmaqarışıqlığa yol verməmək məqsədi güdülür. Almanca danışa bilməyənlər isə ingiliscədən istifadə edirlər. Bir sıra xarici sözlərdən isə meydanda parol kimi yararlanırlar.
0