Hafiz Məmmədov: “Bakı”nın penaltidən vurulan qolla qələbəsini istəməzdim
29.07.2009 - 00:05
Hafiz Məmmədov: “Bakı”nın penaltidən vurulan qolla qələbəsini istəməzdim
“Oyunu hakim idarə edir, məsuliyyəti də o daşıyır. Həqiqətən də, Feliksə qarşı qayda pozuntusu var idi, ancaq hakim penalti qərarı vermədi. Buna şərh vermək istəmirəm, ancaq onu deyim ki, komandamın penalti qolu ilə qalib gəlməsini arzulamazdım. Yaxşı imkanlarımız oldu, təəssüf ki, qələbə qolunu vura bilmədik”. Apasport.az saytının məlumatına görə bu sözləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

“Levski” ilə oyun barədə danışan Məmmədov bildirib ki, komandasının növbəti mərhələyə yüksəlmək şansı çoxdur: “Gərgin oyun alındı, komandalar layiqli mübarizə apardılar. Onu qeyd edim ki, rəqiblər bir-birlərinə layiq idilər. Cavab oyununda bizi qane edəcək nəticəyə ümid edirik. Tribunaları tamamilə dolduran azarkeşlərə təşəkkür edirəm, komandamızı sonadək dəstəklədilər. İkinci oyun çətin keçəcək, bununla belə, çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq”.
0