“Honka”da zədə epidemiyası
29.07.2009 - 15:41
“Honka”da zədə epidemiyası
Avropa Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq “Honka” ciddi itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək qarşılaşma ərəfəsində Espo təmsilçisinin düşərgəsində zədə epidemiyası yaşanır. “Honka”nın baş məşq məşqçisi Mika Lexkosuo gənc oyunçulardan ikisinin - 22 yaşlı hücumçu Aleksandr Kokko və 23 yaşlı yarımmüdafiəçi Nikola Otarunun bu görüşdə meydana çıxacağına ümidini itirib. Daha kiçik olan və belə matçlarda oynaması tez olan 18 yaşlı orta sahə oyunçusu Rasmus Şullerin də durumu ürəkaçan deyil. Zədəlilər siyahısını isə “Honka”nın ən təcrübəlilərindən olan iki futbolçu tamamlayır. 29 yaşlı yarımmüdafiəçi Con Vekstryom və 26 yaşlı hücumçu Markus Paatalaynenin də qarşıdakı oyunda iştirakı sual altındadır.

Qeyd edək ki, sabah keçiriləcək “Honka” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
0