Klublarımız üçün qara sindrom: 3-cü oyun bizlik deyil!
29.07.2009 - 15:49
Klublarımız üçün qara sindrom: 3-cü oyun bizlik deyil!
Azərbaycan klubları avrokuboklarda bir mövsümdə keçirdiyi üçüncü oyunda qələbə üzünə həsrət qalırlar. Apasport.az saytının məlumatına görə, 1994-cü ildən qitə miqyaslı yarışlara qatılan təmsilçilərimiz növbəti mərhələyə çıxdıqları halda, elə ilk oyunda uğursuzluq sindromu ilə üzləşirlər. Bu da heç cür qələbənin qazanılmaması ilə bağlıdır.

Üstəlik, bu azmış kimi, rəqib qapısına yol tapmaqda da çətinlik çəkirik. Təsadüfi deyil ki, həmin 9 oyundan yalnız 2-də qol sevinci yaşamışıq. Bu da legionerlər – gürcü Georgi Adamiya ilə bolqar Petar Zlatinovun sayəsində mümkün olub.

Ölkəmizi Çempionlar Liqasında (ÇL) təmsil edən “Bakı”nın həmin tilsimi qıracağına böyük ümidlər bəsləsək də, bu, baş vermədi. İndi ümid “Qarabağ” klubunadır. Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində sabah Finlandiyada “Honka”nın qonağı olacaq ağdamlılar 15 illik həsrətə son qoymağa çalışacaq.

Qeyd edək ki, “Bakı”nın yarımmüdafiəçisi Mahmud Qurbanov avrokuboklarda ardıcıl üçüncü oyunda ən çox iştirak edən futbolçudur. 36 yaşlı futbolçu ÇL-də mərhələ adlayan bütün komandaların – “Şəmkir”, “Neftçi”, “İnter” və “Bakı”nın heyətində yer alıb. Yalnız bir dəfə - “Neftçi” İslandiyanın “Hafnarfyordur” klubunu keçərək Moskva MOİK-i ilə görüşən zaman, yəni 2005-ci ildə Mahmud “Xəzər-Lənkəran”a keçdiyi üçün ardıcıl 2 mərhələnin iştirakçısı ola bilməyib.

Çempionlar Liqası
2000/01 mövsümü

“Slaviya” (Çexiya) – “Şəmkir” (Azərbaycan) – 1:0
Baş məşqçi: Ağasəlim Mircavadov

2004/05 mövsümü
“Neftçi” (Azərbaycan) – MOİK (Rusiya) – 0:0
Baş məşqçi: Kazbek Tuayev

2005/06 mövsümü
“Anderlext” (Belçika) – “Neftçi” (Azərbaycan) – 5:0
Baş məşqçi: Ağasəlim Mircavadov

2008/09 mövsümü
“İnter” (Azərbaycan) – “Partizan” (Serbiya) – 1:1
Petar Zlatinov
Baş məşqçi: Valentin Xodukin (Ukrayna)

2009/10 mövsümü
“Bakı” (Azərbaycan) – “Levski” (Bolqarıstan) – 0:0
Baş məşqçi: Qyoko Hacıyevski (Makedoniya)

UEFA kuboku
2006/07 mövsümü

“Karvan” (Azərbaycan) – “Slaviya” (Çexiya) – 0:2
Baş məşqçi: Yunis Hüseynov

İntertoto kuboku
1999/2000 mövsümü

“Qarabağ” (Azərbaycan) – “Monpelye” (Fransa) – 0:3
Baş məşqçi: Böyükağa Ağayev

2004/05 mövsümü
“Tampere Yunayted” (Finlandiya) – “Xəzər Universiteti” (Azərbaycan) – 3:0
Baş məşqçi: Böyükağa Ağayev

2008/09 mövsümü
“Jerminal” (Belçika) - “Neftçi” (Azərbaycan) – 1:1
Baş məşqçi: Anatoli Demyanenko
Georgi Adamiya
0