Mübariz Mənsimov Robbeni almaq istəyir
29.07.2009 - 15:57
Mübariz Mənsimov Robbeni almaq istəyir
“Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov məşhur hollandiyalı futbolçu Aryen Robbeni almaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, tanınmış iş adamı İspaniyanın “Real” klubunda işləri yaxşı getməyən ulduz oyunçunu Lənkəran təmsilçisi üçün deyil, Türkiyə komandası üçün almaq niyyətindədir.

Belə ki, Robbenə göz dikən “Beşiktaş” bu futbolçunun transfer haqqını ödəməyə çətinlik çəkdiyindən Mənsimov işə qarışıb. Türk mətbuatının yazdığına görə, prezident Yıldırım Dəmirörənin yaxın dostu olan, eyni zamanda klub rəhbərliyində təmsil olunan həmyerlimiz sevimli komandasına kömək etməyə razılıq verib. “Beşiktaş” nümayəndələrinin yaxın günlərdə danışıqlar üçün İspaniyaya yollanacağı gözlənilir.
0