Topuzakov: Növbəti mərhələyə biz çıxmalıyıq!
29.07.2009 - 17:26
Topuzakov: Növbəti mərhələyə biz çıxmalıyıq!
“Bakıdakı qarşılaşma çox gərgin keçdi. Oyunu izləyənlər də bunun şahidi oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun futbolçusu Elin Topuzakov deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşündə “Bakı” ilə qolsuz heç-heçə edən sofiyalıların təcrübəli müdafiəçisi komandasının cavab oyunundakı uğuruna inanır: “Səfərdə nail olduğumuz nəticə bizi qane edir. Cavab oyununda da rəqibə qol şansı verməməliyik. Bakıda əldə etdiyimiz əlverişli nəticədən yararlanaraq, növbəti mərhələyə biz çıxmalıyıq”.
0