“Levski” 25,5 min avroya göz dikib
29.07.2009 - 17:30
“Levski” 25,5 min avroya göz dikib
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Bolqarıstanın “Levski” klubu 50 min avro qazanmaq iddiasındadır. Apasport.az saytının məlumatına görə, dünən təmsilçimizlə ilk görüşü keçirib qolsuz heç-heçəyə nail olan sofiyalılar avqustun 1-də növbəti oyununu keçirəcək.

Ötən mövsüm Bolqarıstan çempionu olan “Levski” bu dəfə ölkə Superkubokunu qazanmağa çalışacaq. Bakılıların rəqibi bu titulu qazanmaq üçün kubokun son qalibi “Liteks”i məğlub etməlidir. Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Quliyevin vaxtilə oynadığı komanda ilə qarşılaşan “Levski”nin şənbə günü qazana biləcəyi mükafatın məbləği də açıqlanıb. Belə ki, Superkubok qarşılaşması həm də 40,8 min avronun böləcək. Qalib 25,5, məğlub isə 15,3 minə sahib çıxacaq.

Qeyd edək ki, “Bakı” tərəfi bu oyunu izləyə bilər. Şənbə günü keçiriləcək və Bakı vaxtı ilə saat 22:25-də başlayacaq görüş BNT kanalı vasitəsilə canlı yayımlanacaq.
0