Erməni baş məşqçi: Bəzi futbolçularımız Azərbaycana getdi
29.07.2009 - 18:18
Erməni baş məşqçi: Bəzi futbolçularımız Azərbaycana getdi
“Bəzi futbolçularımız Azərbaycan, Qazaxıstan, Özbəkistana baxışa getdi. Bəziləri isə futbolçu karyeralarını Türkmənistanın digər klublarında davam etdirmək istəyini bəyan etdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkmənistanın “Aşqabad” klubunun baş məşqçisi Boris Qriqoryants deyib.

Milliyyətcə erməni olan mütəxəssis paralel olaraq Türkmənistan milli komandasının baş məşqçi vəzifəsini də icra edir. Qriqoryants hazırda heyətlə bağlı ciddi çətinliklərinin olduğunu gizlətmir: “Bu ay komandamızı 12 futbolçu tərk etdi. Onların klubla müqaviləsinin müddəti bitib. Nəticədə çətin vəziyyətdə qalmışıq. Bizim üçün nəinki çempionluq titulumuzu qorumaq, həm də milli çempionatın yekununa görə mükafatçılar sırasında yerimizi saxlamaq da çətin olacaq”.

Qeyd edək ki, ölkəmizdə türkmənistanlı futbolçular əsasən Yevlaxın “Karvan” klubuna qərarlaşır.
0