“Xəzər-Lənkəran” klubunu bu dəfə İvan Svetkov sevindirdi
29.07.2009 - 23:00
“Xəzər-Lənkəran” klubunu bu dəfə İvan Svetkov sevindirdi
“Xəzər-Lənkəran” klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci sınaq matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun yetirmələri bu dəfə Kipr təmsilçisi, heyətinin əsasını legionerlərdən təşkil “Paralimni” ilə üz-üzə gəlib.

Oyunda qapılara cəmi bir top vurulub. İlk yarıda İvan Svetkovun vurduğu qol “Xəzər-Lənkəran”a minimal hesablı qələbə qazandırıb. Lənkəranlılar növbəti görüşünü avqustun 1-də keçirəcək.

Qeyd edək ki, cənub komandası Avstriyada keçirdiyi ilk oyunda bu ölkənin üçüncü dəstə təmsilçisi “Hallvanq”ı (Zalsburq) məğlub etmişdi - 3:1.
0