“Neftçi”nin futbolçuları Belarusda oynayacaqlar
29.07.2009 - 23:11
“Neftçi”nin futbolçuları Belarusda oynayacaqlar
Azərbaycanın 19 yaşadək yığma komandası avqustun 7-8-də Bakıda, 9-dan 16-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Bernhard Lippert “Neftçi”nin əvəzedicilərdən ibarət komandasının 6 futbolçusunu U-19-a dəvət edib. Mirhüseyn Seyidov, Tərlan Quliyev, Eltun Yaqublu, Amit Quluzadə, Kamil Nurəhmədov və Emin Mehtiyev U-19-un digər üzvləri kimi avqustun 7-si saat 12:00-da yığma komandanın düşərgəsində olacaqlar.
0