Məmmədov “İnter”i uduzmağa qoymadı
29.07.2009 - 23:18
Məmmədov “İnter”i uduzmağa qoymadı
Növbəti mövsümə Bolqarıstanda hazırlaşan "İnter" dördüncü yoxlama oyununu keçirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, bakılılar bu dəfə yerli "Vihren"lə qarşılaşıb.

Oyunda öncə bolqarlar sevinib. Meydan sahibləri 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetiriblər. Bir qədər sonra "Vihren" ikinci qolu vurub.

İkinci hissədə Petar Zlatinov bolqar müdafiəçiləri keçərək, topu qapıdan keçirib. Oyunda tarazlığı Asif Məmmədov yaradıb. Onun təqribən 20-22 metrlik məsafədən zərbəsi dəqiq olub – 2:2.
0