Çempionlar Liqası: İlk oyunlar sensasiyasız ötüşmədi
30.07.2009 - 09:15
Çempionlar Liqası: İlk oyunlar sensasiyasız ötüşmədi
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində daha 11 matç keçirilib.

Azərbaycan çempionu “Bakı”nın çərşənbə axşamı Bolqarıstanın “Levski” klubu ilə qolsuz bərabərə qaldığı yarışın son oyunları sensasiyasız keçməyib. Belə ki, Sloveniyanın “Maribor” komandası İsveçrə çempionu “Sürix”i səfərdə məğlub edib. Elə Kipr “Apoel”i də güclü rəqibini üstələyib. Serbiyalıların qəniminə çevrilən adalılar bu dəfə “Partizan”ı iki qolla üstələyib.

Ötən il UEFA kubokunda kiprlilər Branimir Subaşinin çıxış etdiyi “Srvena Zvezda”nı dayandırmışdı. UEFA kubokunun son qalibi Ukrayna “Şaxtyor”unun evdə Rumıniya “Politexnika”sı ilə görüşdə məğlubiyyətdən güclə yaxa qurtarması, həmçinin Çempionlar Liqasının ötən ilki qrup turnirinə qatılan Belarus BATE-sinin Latviyada uduzması da qeyd olunmalıdır. Portuqaliya “Sportinq”i isə 66 dəqiqə azlıqda qalan rəqibinin müqavimətini qıra bilməyib. Hətta onlar “Tvente”nin qapısına təyin olunan penaltini də qaçırıb.

"Ventspils" (Latviya) - BATE (Belarus) -1:0
Çirkin, 64.
"Levadiya" (Estoniya) - "Debretsen" (Macarıstan) - 0:1
Leandro, 70.
"Apoel" (Kipr) - "Partizan" (Serbiya) - 2:0
Mirosavleviç, 50; Jevlyakov, 85.
"Şerif" (Moldova) - "Slaviya" (Çexiya) - 0:0
"Slovan" (Slovakiya) - "Olimpiakos" (Yunanıstan) - 0:2
Papadopulos, 2; Leonardo, 21.
"Kopenhagen" (Danimarka) - "Stabek" (Norveç) - 3:1
Qronkyaer, 10; Santin, 41, 80-pen. - Palmason, 58.
"Sürix" (İsveçrə) - "Maribor" (Sloveniya) - 2:3
Fonlanten, 4; Xassli, 29 - Markos, 12, 22; Pavloviç, 50.
"Red Bull" (Zaltsburq, Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:1
Tsikler, 45 - Mandjukiç, 63.
"Şaxtyor" (Ukrayna) - "Politexnika" (Timişoara, Rumıniya) - 2:2
Qladki, 61; Fernandinğo, 86 - Bukur, 20, 80.
"Seltik" (Şotlandiya) - "Dinamo" (Rusiya) - 0:1
Kokorin, 7.
"Sportinq" (Portuqaliya) - "Tvente" (Qollandiya) - 0:0
0