Braziliyalı ulduz “Qalatasaray”da
30.07.2009 - 09:49
Braziliyalı ulduz “Qalatasaray”da
Türkiyənin “Qalatasaray” klubu növbəti transferini həyata keçirib. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Mançester Siti”nin və Braziliya milli komandasının ulduzu Elano Blumerlə 4 illik müqavilə imzalanıb. 28 yaşlı Elano orta xətt oyunçusudur və Braziliya yığmasında 35 görüşdə meydana çıxaraq 6 qol vurub. Elano “Mançester Siti”dən əvvəl Ukraynanın “Şaxtyor” (Donetsk) və Braziliyanın “Santos” komandalarında oynayıb. Futbolçu iyulun 31-də İstanbula gələrək medianın önündə rəsmi müqaviləyə imza atacaq.

Xatırladaq ki, “Qalatasaray” bu sezon İspaniyanın “Atletiko” (Madrid) klubundan argentinalı qapıçı Leo Franko və Fransanın “Lion” klubundan Fil Dişi Sahili milli komandasının orta xətt oyunçusu Əbdülqadir Keytanı transfer edib.
0