Azərbaycanlı futbolçulardan “Fənərbaxça”ya dəstək
30.07.2009 - 10:56
Azərbaycanlı futbolçulardan “Fənərbaxça”ya dəstək
Avropa Liqasının üçüncü təsnifat mərhələsində Türkiyənin “Fənərbaxça” klubunu azərbaycanlı futbolçular da dəstəkləyəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, hazırda İstanbul təmsilçisinin bazasında hazırlıq keçən “Akademiya” (U-15) klubun “Honved”lə (Macarıstan) qarşılaşmasını canlı izləyəcək. Belə ki, futbolçularımız bu gün Bakı vaxtı ilə saat 23:45-də Şükrü Saracoğlu stadionunda baş tutacaq görüşün tamaşaçıları arasında olacaq.

Qeyd edək ki, “Akademiya” AFFA ilə “Fənərbaxça” arasında əldə olunmuş razılığa əsasən, iyulun 14-dən etibarən təlim-məşq toplanışındadır.
0