Qus Hiddink Bakıya casus göndərir
30.07.2009 - 11:03
Qus Hiddink Bakıya casus göndərir
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Bakıya casus göndərəcək. Apasport.az saytının məlumatına görə, holland mütəxəssis avqustun 12-də Moskvada Argentina yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcəyi zaman Azərbaycanla Almaniya arasında Tofiq Bəhramov adına Respublika stadionunda rəsmi oyun keçiriləcək. Almanlar 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində qrup qalibi uğrunda mübarizədə rusların əsas rəqibidir. Hiddink Bakıdakı matçı da diqqət mərkəzində saxlayacaq: “Mənim bu görüş haqda lazımı informasiyam olacaq. Mən artıq bu məsələ ilə məşğul olmuşam”.

Qeyd edək ki, Rusiya cari seçmə mərhələdə son oyununu oktyabrın 14-də Bakıda milli komandamızla keçirəcək. Bundan 4 gün öncə isə şimal qonşularımız almanları qəbul edəcək.
0