Protasovun “İrakslis”i “Xəzər-Lənkəran”a qarşı
30.07.2009 - 11:11
Protasovun “İrakslis”i “Xəzər-Lənkəran”a qarşı
Avstriyada təlim-məşq toplanışı keçirən “Xəzər Lənkəran” klubunun növbəti yoxlama oyunundakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun yetirmələri şənbə günü – avqustun 1-də Yunanıstan təmsilçisi “İraklis”lə qarşılaşacaq. Bu komanda ötən mövsüm 16 komandanın mübarizə apardığı ölkə çempionatında 10-cu yeri tutub. Bu görüşdə Mircavadov hələ SSRİ dövründə “Neftçi”nin baş məşqçisi kimi qarşılaşdığı Oleq Protasovla üz-üzə gələcək. Həmin vaxt futbolçu kimi ad çıxaran ukraynalı hücumçu mütəxəssislə bir neçə dəfə qarşılaşmışdı. Sovet futbol məktəbinin sonuncu ulduzlarından olan Protasov mövsümlərarası fasilədə “İraklis”in “sükanı arxasına” keçib.
0