FİFA milli komandamızla oyuna çağırılmış futbolçunu cəzalandırdı
30.07.2009 - 11:16
FİFA milli komandamızla oyuna çağırılmış futbolçunu cəzalandırdı
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Polşa yığmasının müdafiəçisi Yakub Vavjinyakı bir illik diskvalifikasiya edib. Apasport.az saytının məlumatına görə, icarə əsasında Yunanıstanın “Panatinaikos” klubunda oynayan 26 yaşlı futbolçudan ölkə çempionatında “Ksanti” ilə görüşdən sonra götürülən dopinq-test müsbət nəticə verib. Müqavilə ilə Varşavanın “Legiya” klubuna məxsus olan Vavjinyakın qanında qadağan olunan preparat tapılıb. Onun cəzasının bu ilin iyulun 1-dən hesablanması rəsmən təsdiqlənib.

Qeyd edək ki, milli komandada 16 oyun keçirən Yakub vaxtilə Azərbaycan yığması ilə rəsmi oyunlara çağırılıb. O, 2005-2007-ci illərdə “Vidzev” klubunda oynayan zamanı yığmamızın sabiq qapıçısı Ruslan Məcidovla komanda yoldaşı olub.
0