“Qarabağ”dan “Honka”ya 1 sillə!
30.07.2009 - 21:22
“Qarabağ”dan “Honka”ya 1 sillə!
“Qarabağ” bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirəcək. Ağdam təmsilçisi Helsinkidə Finlandiyanın “Honka” klubunun qonağı olacaq.

Bakı vaxtı ilə saat 20:30-da “Tolon Pallokentta” stadionunda başlayacaq oyun saytımızda onlayn şəkildə yayımlanacaq.

Apasport.az saytı sadiq oxucuları üçün görüşdə vurulacaq qollar, ən maraqlı hadisələr, oyundan sonra baş məşqçilərin fikirlərini çatdıracaq.

Avropa Liqasının üçüncü təsnifat mərhələsi, ilk oyun

20:30. “Honka” (Finlandiya) - “Qarabağ” (Azərbaycan) -0:1
QOL: Elvin Məmmədov, 70
Helsinki. Tolon Pallokentta stadionu.
Hakimlər: Albert Toussaint, Fransis Mangen, Antonio De Karolis, Sven Bindels (hamısı Lüksemburq)
Hakim-inspektor: Qabriel Veys (Slovakiya)
UEFA nümayəndəsi: Luciano Luci (İtaliya)

“Honka”: Yanne Henriksson, Sampo Koskinen (Henri Aalto, 62), Hermani Vuorinen, Yami Pustinen (Juuso Simpanen, 78), Hannu Harala, Ville Koskimaa (Roope Heilala, 73), Yussi Vasara, Demba Savage, Rami Hakanpa, Coel Perovuo, Yakko Lepola.

"Qarabağ": Fərhad Vəliyev, Elnur Allahverdiyev, Maksim Medvedev (Zaur Həşimov, 57), Rəşad Sadıqov, Aslan Kərimov (Namiq Yusifov, 76), Elvin Məmmədov, Emin İmaməliyev (Əfran İsmayılov, 86), Rəşad Sadiqov, Vüqar Nadirov, Vaqif Cavadov, 24.Admir Teli.
1. Oyuna “Qarabağ” başlayır.
3. İlk təhlükəni komandamıza yaradır. Vaqifin cərimə zərbəsi qapının üstündən keçir.
7. Eminin ötürməsini Vaqif ram edə bilmir.
8. Vüqar əlverişli mövqeyə çıxsa da, ötürmə verməyə üstünlük verir.
11. “Honka” ilk təhlükəsini yaradır. Lakin müdafiəçilərimiz sayıqlığı əldən vermir.
16. Rəqib qapımızı qarşısında təhlükəli vəziyyət yaradır. Vəliyev barmaqlarının ucu ilə hücumu zərərsizləşdirir.
20. Meydan sahibləri təzyiq yaratmağa çalışsa da, müdafiəçilərimiz dəqiq oynayırlar.
25. Sadıqov asmanı uzaqlaşdırır.
28. Əla əks-hucum şansı. Lakin son anda Vaqifin ötürməsini qarşılayırlar.
29. Künc zərbəsini isə qapıçı uzaqlaşdırır.
36. “Qarabağ”ın hücumu: Lakin Maksimin zərbəsi qapının üstündən keçir.
37. Vasaranın zərbəsi dəqiq deyil.
39. Vüqarın asması dəqiq olmur.
44. Hakim ilk yarıya 2 dəqiqə əlavə edir.
45. Vüqarın zərbəsi qapıdan aralı keçir.

İLK YARI BAŞA ÇATIR.

46.İkinci hissəyə meydan sahibləri başladı.
47.Fərhadın uzaqlaşdırmaq istədiyi top az qalaya qapıya gedəcəkdi.
51.Elvin son anda təkbətək şansını qaçırır.
55.Aslanın zərbəsi təhlükəli olmur.
58. Telinin baş zərbəsi alınmır.
60. Vüqar rəqibin ona verdiyi hədiyyədən yararlana bilmir
63.Vurinenin zərbəsi təhlükə yaratmır

64. İlk dəyişiklik. Koskinenin yerinə Aalto meydandadır
65.İnanılmaz bir şans!!! Eminin hər kəsin gözündən oğurlanaraq başla qapıya zərbə vursa da top qapıdan aralı keçir
66. Daha bir şans!!! Elvinin ötürməsiylə Vüqar qapıçıyla təkbətək çıxsa da zərbəsi qapının üstündən keçir
67. Komandamızda ilk dəyişiklik. Maksimin yerinə Zaur Həşimov meydandadır
68. Sadiqov daha bir şansı qaçırır!! Artıq 3 əla şansıdır ki komandamız yararlana bilmir
70. QOLLLLLLLLLLLLLL!!!!!!!!!!!! Elvin möhtəşəm qola imza atır.
72.Koskimaanın yerinə Heilaua meydanda daxil olur.
74.Əla əks-hücum şansı. Yenə Sadqovun zərbəsi qapının üstündən keçir.
75.Vüqarın baş zərbəsi, qapıçı yerindədir.
76.Namiq Aslanın yerinə meydana daxil olur
78.Simpanen Pustinenin yerinə meydandadır.
79.Az qala rəqib topu öz qapısına göndərəcəkdi
86.Eminin yerinə Əfran meydanda daxil olur
88.Daha bir təhlükə. Vüqar Əfrana dəqiq ötürmə verə bilmədi.
90.Matçın sonuna 3 dəqiqə əlavə edildi.
90+1.Pereuovonun zərbəsi qapıdan aralı keçir
90+3 – Bitti...Komandamız oyundan qələbə ilə ayrılır

QƏLƏBƏ!!!!


“Dinamo” (Tiflis, Gürcüstan) - “Srvena Zvezda” (Serbiya) – 2:0
OFK (Çernoqoriya) - “Şturm” (Avstriya) – 1:2
“Rabotniçki”ni (Makedoniya) - “Odense” (Danimarka) – 3:4
“Makkabi” (Netanya, İsrail) - “Qalatasaray” (Türkiyə) - 1:4
“Bröndbü” (Danimarka) - “Legiya” (Polşa) - 1:1
MOİK (Bolqarıstan) - “Derri Siti” (İrlandiya) - 1:0
“Fredrikstad” (Norveç) – “Lex” (Polşa) - 1:6
“Höteborq” (İsveç) – “Hapoel” (Təl-Əviv) - 1:3
“Metallurq” (Donetsk, Ukrayna) - İB (Sloveniya) - 2:0
“Tromse” (Norveç) - “Slaven” (Xorvatiya) - 2:1
“Valarenqa” (Norveç) – PAOK (Yunanıstan) - 1:2
“Vetra” (Litva) – “Fulhem” (İngiltərə) - 0:3
“Voyvodina” (Serbiya) – “Austriya” (Avstriya) - 1:1
“Rapid” (Avstriya) - APOP (Kipr) - 2:1
“Vaduts” (Lixtenşteyn) - “Liberets” (Çexiya) - 0:1
“Jilina” (Slovakiya) - “Hayduk” (Xorvatiya)- 1:1
“Styaua” (Rumıniya) - “Motervell” (Şotlandiya) - 3:0
“Vaslui” (Rumıniya) – “Omoniya“ (Kipr) - 2:0
“Poloniya” (Polşa) - “Breda” (Hollandiya) - 0:1
“Slaviya” (Bosniya və Herseqovina) - “Koşitse” (Slovakiya) - 0:2
“Brügge” (Belçika) – “Lahti” (Finlandiya) - 3:2
“Randers” (Danimarka) – “Hamburq” (Almaniya) – 0:4
“Aberdin” (Şotlandiya) - “Siqma” (Çexiya) - 1:5
“Fənərbaxça” (Türkiyə) – “Honved” (Macarıstan) - 5:1
“Roma” (İtaliya) - “Gent” (Belçika) - 3:1
“Helsinqborq” (İsveç) - “Sarayevo” (Bosniya) - 2:1
PSV (Hollandiya) - “Çerno More” (Bolqarıstan) - 1:0
“Sevoyno” (Serbiya) - “Lill” (Fransa) - 0:2
“Sent Patriks”(İrlandiya) – “Krılya Sovetov” (Rusiya) - 1:0
“Riyeka” (Xorvatiya) - “Metallis” (Ukrayna) - 1:2
“Reykyavik” (İslandiya) - “Bazel” (İsveçrə) - 2:2
“Atletik” (Bilbao) – “Yanq Boyz” (İsveçrə) - 0:1
“Braqa” (Portuqaliya) - “Elfsborq” (İsveç) - 0:1
0