Vəli gedir! Bəs Rəşad?
30.07.2009 - 12:05
Vəli gedir! Bəs Rəşad?
“Kocaelispor”un Rəşad Sadıqova daha böyük ehtiyac yaranıb. Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanının mövqeyində oynayan müdafiəçi Ersin Vəli İzmit təmsilçisi ilə ayılmaq üzrədir. Maddi sıxıntıları olan kocaelilər Ersini də məhz bu səbəbdən əlindən qaçırır.

Klubu rəhbərliyi 285 min türk lirəsinə razılaşdığı futbolçunun pulunu tam ödəmir. Bu isə futbolçuya pis təsir etdiyindən Vəli getmək haqda düşünür. Elə menecerinin də “Ersin “Kocaelispor”dan ayrıla bilər” açıqlaması məsələnin ciddiliyindən xəbər verir.

Vəziyyətin bu həddə çatması Rəşadı qaytarmağa daha çox zəmin yaradıb və rəhbərlik hərəkətə keçib. Üstəlik, məşqçilər heyəti yalnız Ersinin olmasını da yetərli saymır. Sadıqova aldıqdan sonra daha bir müdafiəçi transfer etmək fikrində olan “Kocaelispor” məşqçilər heyəti ilə görüşdən sonra Ersinə təşəkkür edərək, onu yola salacaq.
0