“Olimpik-Şüvəlan”: 3 legioner, 2 qol
30.07.2009 - 12:17
“Olimpik-Şüvəlan”: 3 legioner, 2 qol
Gürcüstanda təlim-məşq toplanışı keçirən “Olimpik-Şüvəlan” daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, sonuncu çempion “VİT Corciya” ilə qarşılaşan Əsgər Abdullayevin yetirmələri rəqib qapısından iki cavabsız top keçiriblər.

Birinci hissədə hesab açılmasa da, fasilədən sonra azarkeşlər qol görüblər. 50-ci dəqiqədə cinah asmasından sonra Kamara başla toru silkələyib. 70-ci dəqiqədə isə müdafiəçi Usim Nduka fərqlənib. Usim də standart vəziyyətdən sonra cərimə meydançasına göndərilən topu başla qapıya yönəldib.

Beləliklə, sayca 3-cü yoldaşlıq görüşündə bakılılar meydanı qələbə ilə tərk ediblər. Sonda onu da qeyd edək ki, hazırda komandanın düşərgəsində baxışda 3 futbolçu var. Bunlar Ramaz Ndjaba, Roma Qoqinaşvili və Nuqzar Kvirtiyadır.
0