“Honka”nın yarımmüdafiəçisi “Qarabağ”a qiymət verdi
30.07.2009 - 13:16
“Honka”nın yarımmüdafiəçisi “Qarabağ”a qiymət verdi
“Qarşılaşma öncəsi əhval-ruhiyyəmiz çox yaxşıdır. Lap meydana çıxıb oynamaq, qələbə üçün yollar axtarmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın “Honka” klubunun futbolçusu Joel Perovuo deyib.

24 yaşlı yarımmüdafiəçi Avropa Liqasının üçüncü təsnifat mərhələsinin bu gün keçiriləcək “Honka” – “Qarabağ” matçı ərəfəsində nikbin danışıb: “Rəqibimizin heyətində kifayət qədər yığma oyunçusu var. Üstəlik, onlar “Rusenborq” kimi komandanı mübarizədən kənarlaşdırıb. Bütün bunlara əsasən söyləmək olar ki, “Qarabağ” o qədər də pis komanda deyil. Onlara yaxşı oyun təklif edəcəyik. Nə qədər yaxşı müdafiə olunsalar da, müəyyən boşluqlar tapmaq mümkündür. İlik matçda 1:0 hesabı ilə qalib gəlsək, kifayətdir. Bu çox yaxşı nəticədir. Lap qolsuz heç-heçə etməyimiz də faciə olmayacaq. Amma qələbə daha qənaətbəxş olardı”.
0