Romulo “Xəzər-Lənkəran”a qayıdır!?
30.07.2009 - 14:40
Romulo “Xəzər-Lənkəran”a qayıdır!?
“Xəzər-Lənkəran”ın ötən ay transferə çıxardığı Romulo Silvano yenidən bu komandaya qayıdır. Apasport.az saytının məlumatına görə, ötən mövsüm cənub təmsilçisinin şərəfini qoruyan braziliyalı hücumçu karyerasını yenidən Azərbaycanda davam etdirməyə qərar verib. Son ay yarım ərzində Braziliyanın “Çeara” klubunun düşərgəsində olan Romulo komanda rəhbərliyi ilə danışaraq, onların təklif etdiyi 25 min dollardan imtina etdiyini bildirib. Bu addımını “Xəzər-Lənkəran”a qayıtmaq variantı ilə izah edən futbolçu həmyerlilərinə söz verməyi də lazım bilib. O, Azərbaycanda yalnız ilin sonunadək oynayacağını, yeni ildən sonra “Çeara”ya qayıdacağını vəd edib.

Qeyd edək ki, Romulo lənkəranlıların heyətində keçirdiyi 25 matçda 8 qol vurub.
0