“Bakı” AFFA-ya müraciət hazırlayır
30.07.2009 - 15:12
“Bakı” AFFA-ya müraciət hazırlayır
“Bakı” rəhbərliyi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Levski” klubu ilə oyundakı bərbad hakimliklə bağlı AFFA-ya müraciət edəcək. Bu haqda apasport.az saytına məlumat verən “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, 30 yaşlı norveçli baş hakim Sven Oddvar Moenin idarəçiliyindən şikayət etmək fikrində deyillər: “Məsələ ilə bağlı AFFA ilə əlaqə saxlamaq fikrindəyəm. Qoy assosiasiyamız “Levski” ilə oyundakı hakimliklə bağlı UEFA-ya müraciət etsin, etirazımızı çatdırsın. Bəlkə onda bunun bir təsiri oldu. Çünki bizim müraciət fayda verməyəcək. Biz təkcə “Levski” ilə yox, “Ekranas”la ilk görüşdə də hakimlikdən narazıyıq. Litvadakı oyunda hakim əleyhimizə o qədər qərarlar verdi ki... Braziliyalı futbolçumuz Fabio Luis Ramim başını yarırlar, ora tikiş qoyurlar. Ancaq hakim həmin epizodda rəqib futbolçuya heç sarı vərəqə də göstərmir. “Levski” ilə Bakıdakı oyunda isə hücumçumuz Feliks Felipe Almeydaya qarşı necə kobudluq edildiyini, orada rəqib qapısına yüz faiz penalti zərbəsi təyin edilməli olduğunu hamı gördü. Gərək kor olasan ki, bunu görməyəsən”.
0