Luka Tonini “yandıran” gözəl
30.07.2009 - 15:50
Luka Tonini “yandıran” gözəl
İtaliya milli komandasının futbolçusu Luka Toninin ötən mövsüm zəif çıxış etməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, karyerası ərzində həm İtaliya, həm də Almaniya çempionatının ən məhsuldar hücumçusu olmuş Toninin son bir ildəki enişi səbəbsiz deyil.

Hazırda Almaniyanın “Bavariya” klubunda forma geyinən Luka son mövsümün 25 matçında cəmi 14 qol vurub ki, bu da son illərin “qol maşını”na xas olmayan nəticədir. Toni adlı “maşının” “mühərriki” isə özbaşına sönməyib. Belə ki, futbolçu son vaxtlar Marta Kekketto ilə məhəbbət macərası yaşayır.

Elə başının bu gözəlçəyə qarışması üzündən hücumçu qol vurmaqdan çox xanım haqda düşünməyə başlayıb. Futbolçunu “söndürən” xanım isə “Vogue”, “Gala”, “Max”, “Donna Moderna” və “Marie Claire” kimi şirkətlərlə əməkdaşlığa da vaxt tapır.
0