Hakimin qaşını partlatdılar
30.07.2009 - 16:30
Hakimin qaşını partlatdılar
Çexiyalı FİFA hakim-köməkçisi Martin Vilçek Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində təyinat aldığı “Zalsburq” (Avstriya) – “Dinamo” (Xorvatiya) oyununda xəsarət alıb. Apasport.az saytının məlumatına görə, yan xətt hakimi funksiyasını icra edən çexiyalının sol qaşı partlayıb.

Görüşün sonunda tribunadan atılan əşya onu zədələyib. Hakimə dərhal tibbi yarım göstərilib və indi sağlamlığına ciddi təhlükə yoxdur. Vilçek yaralanana qədər baş hakim Pavel Kralovets “Dinamo”nun futbolçusu Mario Mancukiçə qırmızı göstərərək onu meydandan qovub. 1:1 hesabı ilə nəticələn oyunda komandasının yeganə qoluna imza atan xorvat hücumçu iki il öncə elə bu turnirdə “Xəzər-Lənkəran”la görüşdə də fərqlənib.

Qeyd edək ki, azarkeşlərin hakimə qarşı bu hərəkətinə görə “Zaltsburq” UEFA-nın sanksiyası gözləyir.
0