Milli komandanın baş məşqçisi yuxuda dünyasını dəyişdi
30.07.2009 - 16:47
Milli komandanın baş məşqçisi yuxuda dünyasını dəyişdi
Belarusun gənclərdən ibarət milli komandasının baş məşqçisi Yuri Kurnenin dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 56 yaşlı belaruslu mütəxəssis bu gün səhər saatlarında yuxudan oyanmayıb və onun vəfat etdiyi aşkarlanıb. Minsk “Dinamo”sunun heyətində SSRİ çempionu olan Kurnenin dəfələrlə “Neftçi”yə qarşı oynayıb. O, 21 yaşlılardan ibarət Belarus yığmasını Avropa çempionatının final mərhələsinə çıxararaq bu turnirdən sonra postundan gedib. Son bir ayda işsiz qalan Kurnenini bu postda Georgi Kondratyev əvəzləyib.

Qeyd edək ki, Belarus 21 yaşlılar arasında növbəti Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidir.
0