UEFA başdan zədələnmə faktını araşdırır
30.07.2009 - 17:07
UEFA başdan zədələnmə faktını araşdırır
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarında baş verənlər UEFA tərəfindən də müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumu artıq başından zədələnmə faktı ilə bağlı araşdırmalara başlayıb. Söhbət heç də Bolqarıstanın “Levski” klubu ilə matçda başından zərbə alıb huşunu itirən Feliksdən getmir.

Belə ki, Avstriyanın “Red Bull” və Xorvatiyanın “Dinamo” komandaları arasında matç zamanı oxşar taleyi hakim yaşayıb. Azarkeşlərin tribunadan meydana atdığı plastik əşya çexiyalı yan xətt hakimi Martin Vilçeki şoka salıb. Uzatma dəqiqələrində dəyən bu zərbədən qaşı partlayan köməkçisinin halını görən baş hakim həmin anda final fitini verərək matçı bitirib. Məsələni araşdıran UEFA-nın avstriyalıları cəzalandıracağı gözlənilir.
0