15 ilin 5-ci uğuru
31.07.2009 - 10:23
15 ilin 5-ci uğuru
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “Honka” klubunu məğlub edən “Qarabağ” təmsilçilərimizin Avropa kuboklarında 5-ci səfər qələbəsini qazanıb. Apasport.az saytının hesablamalarına görə, 1994-cü ildən qitə turnirlərinə qatılan Azərbaycan klubları bu 15 il ərində cəmi 4 dəfə meydan sahiblərini üstələmişdi.
Ümumilikdə, 59-cu səfər matçımızda meydana çıxan “Qarabağ” 5-ci, yubiley qələbəsinin müəllifi oldu. Əslində, bu görüşlərin birində təmsilçimiz darmadağınla üzləşsə də, UEFA həmin matçda Azərbaycan klubuna texniki qələbə verib.

Klublarımızın avrokuboklardakı səfər qələbələri

19.06.1999. “Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” - 1:2
20.06.2004. “Kazino” (Avstriya) – “Xəzər Universiteti” - -:+
20.07.2005. “Hafnarfyordur” (İslandiya) – “Neftçi” - 1:2
27.07.2006. “Spartak” (Slovakiya) – “Karvan” - 0:1
30.07.2009. “Honka” (Finlandiya) – “Qarabağ” - 0:1
0