Kim güclüdür: “Bakı”, yoxsa “Honka”?
31.07.2009 - 12:34
Kim güclüdür: “Bakı”, yoxsa “Honka”?
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) klubların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi cari mövsümdə avrokuboklarda təmsil edən 4 klubdan ən yaxşı göstərici “Bakı”ya məxsusdur. Belə ki, ölkəmizin Çempionlar Liqasındakı (ÇL) təmsilçisi 233-cü yerdə qərarlaşıb.

Bakılıların ikinci təsnifat mərhələsində yendiyi “Ekranas” 228-ci pillədədir ki, bu da Litva təmsilçisinin avrokuboklarda əvvəlki göstəriciləri ilə bağlıdır. “Bakı”nın avqustun 4-də Sofiyada cavab görüşü keçirəcəyi “Levski”nin reytinqi daha yüksəkdir. Belə ki, bolqarlar 71-ci yerdə məskunlaşıb.

“Qarabağ”ın mübarizədən kənarlaşdırdığı rəqib də ilk “yüzlük”də qərarlaşıb. Söhbət 74-cü olan Norveçin “Rusenborq” klubundan gedir. Ağdamlıların üçüncü təsnifat mərhələsində səfərdə 1:0 hesabı ilə məğlub etdiyi “Honka” (Finlandiya) isə bütün klublarımızdan öndədir – 224-cü yer.

Avroliqada biabırçılıqla üzləşən “İnter” (Bakı) və “Simurq” (Zaqatala) reytinq cədvəlində qonşudurlar. Belə ki, bakılılar 281, əyalət təmsilçisi 282-ci pillədədir. Hər iki komanda cari mövsümdə keçirdiyi oyunlarda bir qayda olaraq meydanı məğlub tərk ediblər.

Qeyd edək ki, reytinqdə iyulun 30-dək göstəricilər nəzərə alınıb və ümumilikdə 313 klub yer alıb.
0