“Qalatasaray”ın hücumçusu ən yaxşılar arasında
31.07.2009 - 12:39
“Qalatasaray”ın hücumçusu ən yaxşılar arasında
“Qalatasaray” klubunun çexiyalı hücumçusu Milan Baroş ölkəsində ən yaxşılar sırasında yer alıb. 28 yaşlı futbolçu ötən mövsümün yekunlarına dair keçirilən sorğunun nəticəsinə əsasən 3-cü olub. Apasport.az saytının məlumatına görə, qalibi elə ötən mövsümün sonunda futbolçu karyerasını bitirən Pavel Nedved seçilib. İtaliyanın “Yuventus” klubunun 36 yaşlı yarımmüdafiəçisi artıq 6-cı dəfə vətənində “Qızıl top”a sahib çıxıb.

Sorğuda 2-ci yeri Londonun “Çelsi” klubunun 27 yaşlı qapıçısı Peter Çex tutub. Ən yaxşı məşqçi isə Praqanın “Sparta” klubunun çalışdırıcısı Karel Yarolim seçilib. Bu mütəxəssis yaxınlarda Çexiya milli komandasının baş məşqçisi postunu tutmaqdan imtina edib.
0