“Kaspian Plaza”da Azərbaycan - Almaniya oyununa bileti satırlar - FOTO
31.07.2009 - 13:27
“Kaspian Plaza”da Azərbaycan - Almaniya oyununa bileti satırlar - FOTO
Dünya çempionatının Azərbaycan - Almaniya oyununun biletlərinin daha bir satış mərkəzi yaradılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, avqustun 12-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu qarşılaşmaya biletləri artıq “Kaspian Plaza” Biznes Mərkəzindən də almaq olar.

Bura heç də birinci satış mərkəzi deyil. Belə ki, bundan əvvəl “Nərgiz” və “Şüvəlan Park” ticarət mərkəzlərində, Bilgəhdəki “Amburan”, Zağulbadakı “Gənclik” istirahət mərkəzlərinin ərazisindəki çimərlikdə, həmçinin AFFA-nın inzibati binasının ərazisindəki “Fan shop”da da biletlərin satış mərkəzləri fəaliyyət göstərirdi.
0